İkiüzlü, riyakar-deyiləndə yada Gültəkin Hacıbəyli düşür TƏHLİL

Mövcud fakt və reallıq ondan ibarətdir ki, AXCP və Müsavat kimi partiya sədrləri, eləcə də “Milli Şura” kimi qurumlarda təmsil olunan müxalif xislətli və düşüncəli insanlar bu və ya digər formada xarici anti-Azərbycan qüvvələrə bağlıdırlar. Onlardan maliyyə vəsaiti alır və qarşılığında pozucu əməllərə cəhdlər göstərirlər. Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, İsa Qəmbər və digər müxaliflər üçün fərq etmir kimə və hara işləyirlər, əsas odur ki, tapşırıq verilsin və qarşılığı maliyyə ilə ödənilməklə yerinə yetirilsin. Yəni yön və yerin fərqi yoxdur. Dünən Qərbə bağlı olub, onlardan pul-para qarşılığında tapşırıq alırdılarsa, bu gün Rusiyanın müəyyən qaranlıq dairələrinin göstərişlərini yerinə yetirirlər. Böyük siyasətdə, nəhəng açıqlamaları və addımları ilə seçilər şəxslərdən biri deyirdi ki, “siyasətdə daimi dostlar və düşmənlər olmur, maraqlar olur”. Məhz Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, İsa Qəmbər və digərləri də bu prizmadan çıxış etməyə çalışırlar. Cəhd edirlər ki, siyasi pozucu tapşırıqlar qarşılığında daha çox pul qazana bilsinlər. Bunu sübut edən kifayət qədər misallar göstərmək olar. Bakı Ağır Cinayətlər Məhkəməsində haqlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə məhkəmə iclası zamanı təqsirləndirilən şəxslər Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Rusiyadan AXCP sədri Ə.Kərimliyə pul göndərdiklərini etiraf ediblər. Məhkəmədə sübuta yetirilib ki, maliyyə vəsaitlərini topladıqdan sonra "Sberbank" vasitəsi ilə Ə.Kərimliyə çatdırıblar. Xüsusilə, bu məsələdə Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov fəallığı ilə seçilib. Ə.Kərimli Baş Prokurorluq və DİN-in birgə bəyanatından sonra acıqlama verdi ki, həqiqətən də, Rusiyadan ona S.Rüstəmov vasitəsilə hər ay pul göndərilib, ancaq bu pul 412 min dollar deyil, azdır. Ə.Kərimli maliyyə vəsaitini az göstərməklə, ətrafında faiz gözləyən şəxsləri aldatmağa çalışır. Ancaq hiyləgərlikdə və tamahlarının iti olmasında Ə.Kərimlidən heç də geri qalmayan Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri qəpiklərindən belə keçmək fikrində deyillər. Təbii ki, Ə.Kərimlidən haqq-hesab tələb edəcəklər.

Ə.Kərimli riyakar və siyasi dəllal olması ilə yanaşı, həm də dələduzdur

Bütün bu kimi faktlar onu deməyə əsas verir ki, Ə.Kərimli riyakar və siyasi dəllal olması ilə yanaşı, həm də dələduzdur. O, pul xatirinə milli və dövlətçilik maraqlarını satmaqla yanaşı, ortaqlarını da aldatmaqdan və onları gedər-gəlməzə yola salmaqdan belə çəkinməyən şəxsdir. Siyasi prosesləri, qismən də olsa analiz etsək, bir daha o qənaətə gəlmək olar ki, Ə.Kərimli üçün fəaliyyət heç də siyasətdə uğur əldə etmək və nəyəsə nail olmaq deyil. Başlıca şərt, nə yolla olursa-olsun, pul qazanmaq, qrantlar əldə etmək və xarici ölkələrdə mülklər almaq və obyektlər tikdirməkdir. Fakt budur ki, Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrlə yanaşı, Rusiyanın qaranlıq dairələri də ara-sıra AXCP sədri Ə.Kərimliyə maliyyə yardımları göstəriblər. Lakin o da fakdır ki, pul ayıran şəxslər Ə.Kərimli ilə əməkdaşlıq etməklə, böyük yanlışlığa yol verdiklərini başa düşüb, onunla münasibətləri kəsirlər. Yəni müxalifət düşərgəsindəki Ə.Kərimliyə olan inamsızlıq eynilə xarici maraqlı dairələrlə də yaşanmaqdadır. Təbii ki, bu cür xarakterə və düşüncəyə malik partiya sədri ilə sonrakı mərhələlərdə də kimlərinsə yolu davam etdirəcəkləri inandırıcı deyil. Çünki Ə.Kərimli ancaq münasibət qurduğu dostlarına və təşkilatlara atmaq və ya aldatmaq haqqında düşünür. Məhz buna görə də, Ə.Kərimlinin ətrafında olan şəxslər ondan uzaq durmağa və əlaqələri kəsməyə çalışırlar.

Ə.Kərimli və onun ətrafında olanları yırtıcı məxluqlardır

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya açıqlamasında Ə.Kərimli və onun ətrafında olanları yırtıcı məxluqlar adlandırıb: “Bu yırtıcı ünsürlərin, ümumiyyətlə, strategiya, istiqamət planı varmı ki, hələ bir o planın arxa və ön tərəfi də olsun? Yoxdur, təbii. Sadəcə, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Əli Kərimli özlərini "müqəddəs üçlük" elan edirlər. Aralarında da kim daha çox bekar olsa, sədr kimi də həmin adam danışır. Vəssalam. Məğz budur. Sadəcə, anlamırlar ki, biri beşinə dəyməz, beşi birinə. Fərqində deyillər ki, "Milli Şura" çoxdan tarixin arxivinə gömülüb və nə dediklərindən asılı olmayaraq anındaca gülüş obyektinə çevrilirlər. Düzdür, arada Gültəkin Hacıbəyli Cəmil Həsənliyə "müəllim elmi işlərlə məşğuldur deyə siyasətdən uzaqlaşıb" replikasını ataraq "ağsaqqal"ı mədəni şəkildə pensiyaya göndərir. Amma bir daha təkrar edirəm: onların iddiası olmayan təşkilatın olmayan sədrliyi uğrundadır”.

E.Musayev onu da bildirib ki, Gültəkin Hacıbəyli sadəcə eyforiyadadır: “Bu adam nə elədiyini bilmir. Get-gedə də özünü quyunun tam dibinə aparır. Əvvəl-əvvəl guya iqtidara acıq vermək üçün bunları edirdi, fəqət birdən ayıldı ki, artıq qaragüruhun əsas simalarından birinə çevrilib. Yəni, özü də olub bunların tayı. Gültəkini ambisiya bitirdi. O, arzu və istedadı arasındakı fərqi görə bilmədiyi üçün bu günlərə qaldı. Bu adam özünü çoxbilmiş hesab edir. Amma elə ancaq sosial şəbəkələrdə yazdığı statusların mətninə, oradakı atmacalara, uşaqtək yeri gəldi-gəlmədi əlavə etdiyi "smayl"lara diqqət yetirmək kifayətdir ki, adamın hansı səviyyə və məntiq yiyəsi olduğunu görəsən. Gültəkin əvvəllər yerində olmayıb. İndi isə əsl yerindədir, öz qəlbindədir. Ona böyük şəxsiyyətlərin deyil, elə Kərimli və Cəmil kimi uğursuzların yanında olmaq yaraşır”.

Gültəkinin gülü burnunda qalıb

Milli Məclisin deputatı E.Musayevin dediyi kimi, “Milli Şura”nın primadonnası G.Hacıbəyli eyforiyadadır. Kim pul verirsə və buna uyğun da sifariş versə, hay-küy qaldırıb, insanlara qarşı təhqirlər yağdırır, ittihamlar səsləndirir. Hətta bu məxluq o dərəcədə yolunu azıb ki, sadə insanlara belə şər atır, onlar haqqında təhqir xarakterli informasiyalar tirajlayır. Bir növ AXCP sədri Ə.Kərimlinin sifarişlərinə boyun əyən G.Hacıbəylinin sosial şəbəkələrdə həqiqətdən uzaq, şər-böhtan dolu statuslar paylaşır. Onun fikirlərinə diqqət yönəldəndə bir daha aydın olur ki, bu adam ikiüzlü və riyakar adamdı. Parlamentin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək tam komfort şəraitində yaşayanda başqa cür danışırdı. G.Hacıbəylinin o zamanlar başda Ə.Kərimli olmaqla, dağıdıcı müxalifət düşərgəsinin başbilənlərini yerdən-yerə vurduğunu da heç kim unutmayıb. Ancaq elə ki, deputat seçilmədi, mandatdan məhrum oldu G.Hacıbəyli 180 dərəcə dəyişdi. O dövrlərdə mətbuatda yazılanlara diqqət etsək, hər şeyi bir daha açıq-aşkar görərik. G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova keçmiş gəlini haqqında maraqlı fikirlər açıqlamışdır. Bildirmişdir ki, G.Hacıbəyli mənəvi dəyərlərini itirmiş əxlaqsız, sürüşkəndir: "Bu o Gültəkindir ki, doğma əmisinə "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürə bilmədiklərindən, Gültəkinin təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev "cəzalandırıldı", karxana əlindən alındı. Bundan sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-nin icarəsinə verildi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş əxlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anormal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınların, ikiüzlülərin yanında olar. Belələri ən ağır cəzaya məhkumdur".

Bir sözlə, “nə əkərsən, onu da biçərsən" deyiblər. G.Hacıbəyli zamanında etdiyi haqsız davranışlarının cəzasını çəkməkdədir. Düzdür, yenə də özünü o yerə qoymur. Bəd əməllərini genişləndirməklə Ə.Kərimlinin rəğbətini qazanmağa və onun trollarının dəstəyinə ümid etməyə çalışır. Bu səbəbdən də sosial şəbəkələrdə insanları təhqir edir. Ancaq təbii olaraq da təhqir olunanlar onun haqqında hüquqi tədbirlərin görülməsi üçün məhkəmələrə müraciət edirlər. Leyla Arif adlı şəxs də G.Hacıbəyli haqqında məhkəməyə ərizə təqdim edib. Məhz onun ərizəsinə əsasən, G.Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. Məlum olub ki, onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub və haqqında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb. G.Hacıbəyli Nəsimi rayon Məhkəməsinə aparılıb, ifadəsi alınaraq sərbəst buraxılıb.

Maraqlıdır ki, qanunun tələbləri icra edildiyi məqamda G.Hacıbəyli və onun Ə.Kərimli kimi siyasi riyakar dostları hay-küy qaldırıb, ən azı mətbuatın diqqətini özlərinə cəlb etməyə çalışırlar. Ancaq bu ünsürlər anlamırlar ki, insanların şərəf və ləyaqətlərini təhqir etmək olmaz. Digər tərəfdən, xarici tapşırıqlar əsasında böhtan kampaniyası aparmaq yolverilməzdir. Belə hallara yol verənlər qanun qarşısında cavab verməli olurlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə