"Elza İbrahimovanın yaşadığı binada hələ də memorial lövhə qoyulmayıb" - QƏNİRƏ PAŞAYEVA
“Ötən gün 2023-cü ilin yanvar ayının 10-da 85 illik yubileyi olacaq azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Elza İbrahimovanın ailəsi Mədəniyyət komitəsini ziyarət etdi. Bildiyimiz kimi, onun yubileyinə çox az qalıb. Cənab Prezident İlham Əliyev də onun 80 illik yubileyində sərəncam imzalayıb. Həmçinin, Nazirlər Kabinetində 2019-2020-ci illərdə Elza İbrahimovanın yaşadığı binada memorial lövhənin qoyulması ilə bağlı qərar verildi. Amma qərar olmasına baxmayaraq, bu gün də o binada memorial lövhə qoyulmayıb”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, yanvarın 10-u Elza İbrahimovanın 85 illik yubileyidir: “Ailəsi istəyir ki, bu məsələni hökumətdən xahiş edək. Elza xanım möhtəşəm əsərlərin müəllifidir. Xahiş edirəm ki, ailənin və mədəniyyət xadimlərinin xahişi nəzərə alınsın və o lövhə qoyulsun”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB