Şəhid Nicat Tanrıverdiyevin doğum günündə əziz xatirəsi yad olunub FOTOLAR

Şəhid Nicat Tanrıverdiyevin doğum günündə əziz xatirəsi yad olunub FOTOLAR

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun, rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Tanrıverdiyev Nicat Şöhrət oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə