"Özünüməşğulluq proqramları yardım deyil, biznes fəaliyyətidir" - RAZİ NURULLAYEV

"Özünüməşğulluq proqramları yardım deyil, biznes fəaliyyətidir" - RAZİ NURULLAYEV

"Ünvanlı Dövlət Sosial Yardımda əməkhaqqı barədə ödəniş tələb edilir. Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitin bu insanlara çatması da şübhə altındadır". Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Razi Nurullayev qeyd edib ki, məlum olduğu üzrə kasıbın ətrafı və dost-tanışı olmur: "Ünvanlı Dövlət Sosial Yardımı da az-çox imkanlılar alır. Düşünürəm ki, "Filankəsin adına avtomobil var" kimi məsələlər gündəmdən çıxarılmalıdır.

Onu da bildirim ki, ölkədə Məşğulluq mərkəzlərinin fəaliyyəti qənaətbəxş deyil. Özünüməşğulluq proqramları yardım deyil, biznes fəaliyyətidir. Mən, bu barədə komissiya keçirilməsini təklif edirəm. Apardığım monitorinqlər aşkara çıxarıb ki, real işə ehtiyacı olan insanlar kənarda qalıb. Həmçinin, narazı insanların sayı da çoxalıb. Hətta işlə təmin edilən insan da narazıdır.

Mənim məqsədim qurumları hədəfə almaq deyil. İstəyirəm ki, ölkə vətəndaşlarının haqlı istəkləri təmin olunsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə