Fransa Prezidenti Emmanuel Makronun ermənipərəst olması, Fransa Senatının Azərbaycanda hiddət dalğasına səbəb olan ədalətsiz mövqeyi Ermənistanın xeyrinə deyil, bu ölkəni acınacaqlı vəziyyətdən çıxara bilən sülh müqaviləsinin gündəliyinə zərbədir və ən azından pozuculuq kimi xarakterizə olunur. İstər Fransa prezidentinin, istərsə də bu ölkə senatının sülh gündəliyi ilə bağlı məsələnin həllini pozmağa xidmət edən fikirlər belə səsləndirməsi heç də normal görünmür, əksinə, ciddi şəkildə rezonans doğurucu təsir bağışlayır. Fransa Senatında xüsusilə, Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsi beynəlxalq hüququn dəyər və prinsplərini bu ölkənin tapdalaması deməkdir.
Bilirik ki, Makron hər zaman, lap elə hakimiyyətə gəldiyi gündən bəri ermənipərəst siyasətçi kimi tanınıb və ermənilərin haqsız olmasına baxmayaraq, onun Ermənistana tərəf çıxdığı da bütün dünyada qəbul edilir və bu heç kim üçün də sirr deyil. Məsələ burasındadır ki, Ermənistanın haqsız olmasına, beynəlxalq hüququn norma və prinsplərinə bu ölkənin də məhəl qoymamasına, işğalçılıq siyasəti yürütməsinə baxmayaraq, elə Fransa Senatının özü də işğalçının mövqeyini dəstəkləyib və hələ də bu qanunsuzluğu, işğalçılığı dəstəkləməkdədir. Hətta, bu ölkənin senatı, yəni Fransa Senatı tərəfindən indi Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsi artıq əndazəni, həddi aşmaq deməkdir və heç şübhəsiz ki, təkcə ölkəmiz yox, bütün dünya dövlətləri, xüsusən də beynəlxalq təşkilatlar buna layiqli cavab verməlidirlər.
“Fransa Azərbaycandan qaz almır və bu məsələdə heç bir razılaşma yoxdur”, deyə bir qədər əvvəl çıxış edən Fransa prezidenti sözsüz ki, özünü ermənilərə, həm də ermənipərəst qüvvələrə göstərməyə çalışırdı və bunu dərhal hamı, hətta ermənilər özləri də anladılar. Bəlli idi ki, “Fransa Azərbaycandan qaz almır” deməklə, Makron ermənilərin könlünü öxşamağa çalışırdı. Doğrudur, Fransa kimi bir Avropa ölkəsinin prezidentinin belə sayıqlaması normal deyildi, amma ən azından bu ermənipərəst mövqeyin bir nəfərə məxsus olması heç də həmin ölkənin senatının ədalətsiz, haqsız, beynəlxalq hüququn dəyər və prinsplərini tapdalayan addımı ilə müqaisəyə belə gəlməz. Artıq Fransa Senatının belə bir addımı, Azərbaycan əleyhinə qətnamə layihəsini qəbul etməsi bütövlükdə bir ölkə haqqında bütün dünyada çox neqativ fikir, təsəvvür yaratmaq üçün zəmin, şərait yaratdı və buna hər kəs əmin oldu.
Düzdür, Azərbaycandan qaz almaq, özü də indiki şəraitdə Avropanın enerji böhranı yaşadığı bir şəraitdə Fransanın özünə lazımdır, ölkəmizə yox. Söhbət hansısa bir Avropa ölkəsinin niyə ölkəmizdən qaz alıb-almamasından getmir. Ona görə ki, Avropa ölkələri enerji təhlükəsizliyi məsələlərini, daha doğrusu problemlərini müzakirə etdiyi, Azərbaycanı sabit enerji təchizatçısı olaraq qəbul etdiyi zaman, bircə dənə Fransanın hansısa razılaşmasının olub-olmaması ölkəmiz üçün heç bir fərq etmir və Makronun da, Fransa Senatının da atdığı “daş” heç topuğa da dəymiş sayılmır. Söhbət ondan gedir ki, enerji böhranı altında olan bir ölkəyə nə düşmüşdü ki, bu ölkənin senatı beynəlxalq hüququn norma və prinsplərini də, haqqı da, ədaləti də, üstəlik vətəndaşlarının ehtiyaclarını da hesaba almadan, özü də tapdalayaraq ermənilərə, bütövlükdə Ermənistana yaltaqlanmağı, yarınmağı üstün tutdu? Şübhəsiz ki, bu məsələ ilk növbədə elə fransızların özlərini də düşündürməlidir və onlar başda Makron olmaqla, mövcud hakimiyyətlərindən, bu ölkənin senatından müvafiq məsələ ilə bağlı hesab sormalıdırlar. Ən azından, onların, fransızların mənafeyini deyil, Ermənistanın, ermənilərin mənafeyini düşünən senat da, bu ölkənin prezidenti də hesab verməlidir. Digər tərəfdən də Makron sonsuza qədər Fransa prezidenti deyil və bu ölkə haqqında onun da, bu ölkənin senatının da ən azından mənfi rəy, neqativ fikir formalaşdırmağa haqqı yoxdur, hansıki bu, bütün fransızları düşündürməlidir. Çünki Fransa Senatı da, bu ölkənin prezidenti də beynəlxalq hüququn norma və prinsplərini tapdalamaqla bütövlükdə həmin ölkənin nüfuzunu heçə, sıfıra endirmiş olurlar, hansıki bu məqam bütün Fransa vətəndaşlarını narahat etməlidir.
Bütövlükdə Avropanın Azərbaycan həqiqətlərini qəbul etməsi, ölkəmizin yaratdığı reallıqla barışması, bu reallıqdan çıxış etməsi, başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bütün azərbaycanlıların haqlı olduğunu, Azərbaycanın haqlı tərəf olduğunu hətta etiraf etməsi fonunda Fransa Senatı tərəfindən sözügedən qətnamə layihəsinin qəbul edilməsi çox gülüncdür. Fransa Senatı Ermənistana görə bütövlükdə dünyaya, beynəlxalq hüquqa, haqqa, ədalətə qarşı çıxırmı? Yoxsa özünü demokratik, inkişaf etmiş bir Avropa ölkəsi kimi təqdim etmək, buna uyğun davranmaq əvəzinə Fransa indi də işğalçı Ermənistanla eyni müstəvidə görünmək niyyətindədir? Hər bir halda bu ölkə senatının məhz özünü gülünc vəziyyətə saldığı ortaya çıxır.
Yaxşı bilirik ki, Fransa Qafqaza burnunu soxmaq üçün əldən ayaqdan gedir və bunu Ermənistan vasitəsi ilə etməyə çalışır, özünü də vasitəçi kimi çırımaq niyyətindədir. Onu da yaxşı bilirik ki, beynəlxalq hüquq və BMT Nizamnaməsinə görə vasitəçi neytral olmalıdır və bu baxından rəsmi Parisin Bakı ilə İrəvan arasında vasitəçi olması mümkün deyil. Qeyd etdiyimiz kimi, Fransa heç zaman neytral olmayıb və nəinki Ermənistanın tərəfini saxlayıb, hətta Azərbaycana qarşı qərəzli münasibət sərgiləyib. Elə Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsi də qərəzli münasibətin təzahürüdür. Fransa Senatı yenə də Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirir. Deməli, qərəzli mövqe sərgiləyən bir ölkədən vasitəçi ola bilməz, həmin ölkə sülh danışıqlarına da, münasibətlərin tənzimlənməsinə də, hətta vasitəçiliyə də təhdid yaradır. Bu halda isə, onun vasitəçilikdən uzaqlaşdırılması bütün dünyanın gündəliyində artıq birinci yerdə olmalıdır. Çünki Fransa öz erməni tərəfkeşliyi, ölkəmizə qarşı qərəzli mövqeyi ilə nəinki sülh təşəbbüslərinin qarşısını alır, həm də bütövlükdə Cənubi Qafazda sülh və sabitliyə təhdid yaradır və ümumiyyətlə, istər Avropa İttidaqının, istərsə də Amerika Birləşmiş Ştatlarının vasitəçilik səylərinə belə mane olur. Bu mənada Fransanın sülh danışıqlarından kənarlaşdırılması, eləcə də Bakı ilə İrəvan arasında vasitəçilik istəklərinə belə son qoyulması bütün dünyanın maraqları daxilindədir. Heç şübhəsiz ki, istər Avropa İttifaqı, istərsə də ABŞ bununla bağlı öz mövqeyini yaxın zamanda bildirəcək, çünki qeyd etdiyimiz kimi, Fransa Senatı, bütövlükdə rəsmi Paris ölkəmizə qarşı öz qərəzli möveyi ilə artıq əndazəni, həddi aşdı.
Sözsüz ki, Fransanın müstəmləkəçilik və imperializm siyasətinin, Əlcəzairdə, Ruandada, Malidə, Kambocada və Cənubi Vyetnamda törətdiyi müharibə cinayətlərinin cəzasız qalması rəsmi Parisin həddini aşmasına gətirib çıxardı və dünya birliyi nəzərə almalıdır ki, bu ölkənin etdiklərinə reaksiya verilməməsi, hətta onun özünün ittiham edilməməsi indi beynəlxalq hüququn norma və prinsiplərini tapdalaması üçün şərait yaradıb. Təkcə Əlcəzaitdə törətdiyi milyonlarla qətl hadisəsinə görə Fransa bu vaxta qədər ittiham olunsaydı, indi Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsi fonunda beynəlxalq hüququn prinsiplərinə açıq müdaxilə etməyə cəsarət belə etməzdi və çox güman ki, bunu Avropa İttifaqı da bundan sonra nəzərə alacaq. Həm də nəzərə alacaq ki, Fransa Senatı özünün anti-Azərbaycan layihəsi ilə dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, dövlətlərin daxili yurisdiksiyasına aid olan məsələlərə qarışmış olur və beynəlxalq hüquq çərçivəsində öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsiplərini kobudcasına pozur. Ümumiyyətlə, Fransanın müstəmləkəçilik və imperializm siyasəti ilə istər bu zamana qədər törətdiyi müharibə cinayətləri, istərsə də qərəzli mövqe nümayiş etdirməsi fonunda Fransa Senatının beynəlxalq hüquqa təcavüzünün kəskin pislənməsi gözləniləndir. Hətta Fransanın əsl siması, müharibə cinayətləri törədən, indi də işğalçını, müharibələrə, soyqırımlara can atan ölkəni dəstəkləyən siması dünya səviyyəsində ifşa olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB