İranın yaratdığı casus şəbəkəsi ifşa olundu

İranın yaratdığı casus şəbəkəsi ifşa olundu

Tarixi qonşularımız olan din qardaşlarımız sayılan İran dövlətnin bölgədəki apardığı xarici siyasət son dərəcə anlaşılmaz və təhlükəlidir. Molla rejiminin yürütdüyü siyasət qonşu dövlət olan Azərbaycanla yanaşı,birbaşa ölkənin özünə ciddi ziyan vurur. Bildiyimiz kimi son zamanlar İranın yürütdüyü qeyri- müəyyən siyasətə görə qlobal sistemdə İrana qarşı sanksiyalar ildən-ilə şiddətlənməkdə davam edir. Ölkədə tüğyan edən milli ayrı-seçkilik ,irqçiliyə bərabər tutulur. Bu dövlətin ölkədə və ondan kənarda apardığı siyasətdən aydın görünür ki, İran hakimiyyətinin türk millətinə qarşı münasibəti düşmənçilik həddinə qədər gəlib şatmışdır.

Azərbaycan hakimiyyətinin İran dövlətinə qarşı heç bir mənfi iddiası, anlaşılmazlıq yaradacaq fikri yoxdur. Əksinə, Ermənistanın addımları Azərbaycanla İranın arasındakı vəziyyəti gərginləşdirməyə hesablanıb. Ermənistanın apardığı məkrli siyasətin nəticəsidir ki, İranda olan hakimiyyətdə anti-türk siyasəti formalaşmışdır və bu o həddə çatmışdır ki,eyni dinə mənsub müsəlman dövləti olan Azərbaycanla hədə-qorxu dilində danışırlar.
Bütün müsəlman ölkələri içərisində ən böyük erməni icmasının yaşadığı ölkə İran olsa da, onların dostluğu dayanıqlı deyil və bu dəfələrlə sübuta yetirilmişdir.Ermənilərin dostluğu onların işi düzələnə qədər olur.

İran İslam Respublikasının xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətindəAzərbaycan hakimiyyətini müvafiq tədbirlər görməyə vadar edir.

Son zamanlar həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, vətəninə xain çıxan bir qrup azərbaycanlı maddi maraq müqabilində İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Ancaq işinda daim ayıq-sayıq olan dövlətimiz tez bir zamanda İran xüsusi xidmət orqanlarının xəyanət planının üstünü açmış ,onları bir daha ifşa etmişdir.

Yaxşı olar ki. ermənilərin müdafiəsinə qalxan İran dövləti ölkəsindəki milli ayrı-seçkiliyə son qoysun, qonşu Azərbaycanla düşmənçilikdən əl çəksin.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov

Bütün xəbərlər Facebook səhifəmizdə