"Azərbaycan xalqı arzusunda olduğu azaldlığına qovuşdu" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan xalqı arzusunda olduğu azaldlığına qovuşdu" - DEPUTAT ŞƏRH ETDİ

"17 Noyabr xalqımızın Dirçəliş Günü olaraq Azərbaycanın tarixinə həkk edilib. Ötən illərin bu günü Azərbaycan xalqı öz müqəddaratını həll etmək, azadlığını əldə etmək üçün meydanlara axışıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, xalqımız 70 ildən artıq boyunduruq altında qaldığımız bir rejimə yox demək üçün meydanlara toplandı: "Azərbaycan xalqı müstəqil olmaq arzusunu heç bir zaman itirməyib və 1928-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin övladları öz dilinə, öz tarixinə hər zaman sadiq qalıb. SSRİ-nin təməllərinin daxılması prosesi Azərbaycandan da yan keçmədi. Azərbaycan xalqı arzusunda olduğu azaldlığına qovuşdu. Bu tarix bizim üçün çox əhəmiyyətlidir. Düzdür bu azadlıq bəlasız ötüşmədi. Azərbaycan həm daxildən, həm də xaricdən böyük təzyiqlərə məruz qaldı, mübarizələr apardı. Azərbaycan olum və ya qalım sualı altında idi. Əlbəttə ki, Azərbaycan xalqı bu çətin və uzun mübarizədən alnıaçıq çıxmağı bacardı. Dövlətin bu çətin dönəmində Azərbaycan xalqı seçim edərək türk dünyasının böyük oğlu Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. 1993-cü ildə Ulu Öndərin 2-ci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan öz müstəqilliyini bərqərar etmiş oldu. Bundan sonrakı illər Azərbaycan tarixinin ən əhəmiyyətli səhifələridir. Bu səhifələr içərisində Azərbaycanın mübarizəsi davam etdi. Ulu Öndər Heydər Əliyevin başladığı və daha sonra onun davamçısı olan ölkə başçısı İlham Əliyev tərəfindən davam edilən bu yol Azərbaycan xalqının böyük Zəfəri ilə başa çatdı. Bu gün biz zəfər çalmış, qalib Azərbaycan olaraq Dirçəliş günümüzü qeyd edirik. Bundan sonra bütün yollar Azərbaycanı uğura və zəfərə aparacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə