Ramiq Muxtar, Prezident təqaüdçüsü,

"Şərəf" ordenli, Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Yaş gəlməyən bəd gözdən,

Qızarmayan boz üzdən,

Göydən düşmə çiy sözdən,

Qorxuram.

Vaxtsız açan çiçəkdən,

Daş gəzdirən ürəkdən,

Üzə gülən mələkdən,

Qorxuram.

Namərd dostun felindən,

Dönüklərin dilindən,

Yayın qəfil selindən,

Qorxuram.

Cahillərin səsindən,

Xanımların bəhsindən,

Ucalmaq həvəsindən,

Qorxuram.

Dünyamn gərdişindən,

Zalımın vərdişindən,

Qulun şah gedişindən,

Qorxuram.

Bütün xəbərlər Facebook səhifəmizdə