Vücudumda fəsillərin vulkanı oyanıbdı,
Məndən qorxma, püskürərək yorulana qədərdi.
Bir bulanlıq dəryadayam, bədənim lillə dolu,
Bu dərya kimi üsyanım, durulana qədərdi.
Fələyin oyunlarına yüz yol çıxış tapsam da,
Göydən asılan tellərim qırılana qədərdi.
Ha kükrəyim, ha alışım, qəddarlıq donu geyim,
Ürəyim muma dönəcək, sarılana qədərdi.
Mənim də həyat borcum var, daş üstünə daş qoymaq,
Dağıdacaq kimsə yenə, qurulana qədərdi.
Qırılsa da, yorulsa da, hələ ki, vurur ürək,
Onun da vaxtı gələcək, vurulana qədərdi.
Xanım İsmayılqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB