Hər yaranış öləziyib sönürsə,

Dəyər-qiymət günü-gündən enirsə,

Oğul ata qatilinə dönürsə,

Görəsən dünyaya nöş gəlib insan?

Dünyamızda quduz yellər əsirsə,

Bəşər nəsli bir-birindən küsürsə,

Qız qudurub bacısını kəsirsə,

Görəsən dünyaya nöş gəlib insan?

Avtomatlar partladırsa irini,

Qınayırsa ölülər də dirini,

Müsəlmanlar qırırsa bir-birini,

Görəsən dünyaya nöş gəlib insan?

Rus slavyan, ukraynalı slavyan,

Top-tüfənglə qurban gedir neçə can,

Əgər orda tökülürsə nahaq qan,

Görəsən dünyaya nöş gəlib insan?

Serj deyir ki, götürməz bir gor məni,

Ona baxıb ATƏT özü çirmənib,

Şıdırğı at oynadırsa erməni,

Görəsən dünyaya nöş gəlib insan?

Hayarası sabitləşmirsə durum,

Erməniyə pişiklənir hər qurum,

Yaranırsa, aralıqda uçurum,

Görəsən dünyaya nöş gəlib insan?

Qəlbi kövrək yaradıbsa Yaradan,

Bizdən çıxmaz xalqımızı yarıdan,

Donuzları qovmuruqsa darıdan,

Görəsən dünyaya nöş gəlib insan?

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə