Bu günlərdə ötən əsrin 70-ci illərin sonlarından respublika mətbuatında şeir və publisist yazıları, eləcə də tərcüməçilik fəaliyyəti ilə çıxış edən tanınmış şair-publisist Sərraf Talıbın "Bu yerin üstü də məni tanımır" adlı şeirlər kitabı "Bakı mətbəəsi" ASC nəşr evində nəfis şəkildə çapdan çıxıb. SİA-nın məlumatına görə, kitaba şairin müxtəlif illərdə qələmə aldığı şeirləri və "Bu dünyaya gedən yol" adlı lirik poeması daxil edilib.

Dünyanın ziddiyyətli hadisələrinə ictimai-fəlsəfi baxış, doğma yurd sevgisi, vətəndaşıq təəssübkeşliyi, saf sevgi duyğuları kitabdakı əsərlərin əsas leytmotivini təşkil edir.

Kitaba yazıçı Nəriman Əbdürrəhmanlı "Sərraf Talıb: su kimi saf ömür" və şair Ağamir Cavad "Yol ömrü" adlı ön söz yazmışlar. Kitabın redaktoru Ağamir Cavaddır.

Şair Sərraf Talıbı yeni nəşr olunmuş kitabı münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Ağamir Cavad

Bütün xəbərlər Facebook səhifəmizdə