Türkiyə MN-dən Ermənistanın təxribatlarına qarşı Azərbaycana dəstək VİDEOSU

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycana dəstək videosu yayıb.

SİA-nın məlumatına görə, paylaşımda bildirilir:

““Biz doğma qardaşıq, bir millət, iki dövlətik. Bakının düşmən işğalından azad olunmasının 104-cü ildönümünü qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə duruş gətirən Qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamalayırıq!”, - paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə