Yandıra-yandıra, yana-yana gedənlər KÖŞƏ

Məlumdur ki, söhbət yenə də qonşuluqdan kənar qonşumuzdan-ermənilərdən gedir. Torpaqlarımızı tərk edərkən evləri, həyətləri, ağacları, ətrafda var olanların hər birini yandıran, viranəyə çevirən ermənilərdən. Onları başa düşmək bir o qədər də çətin deyil.

Birincisi, bu məxluqlara Allahın verdiyi xislət yalnız bundan ibarətdir. Onların alnına vəhşi, vandal, qəddar, nankor, qaniçən, insanlıqdan uzaq hər şeyi özündə cəm edən xüsusiyyətlər yazılıb. Və onlar da bütün bunları sevə-sevə yaşamaqdadırlar. Necə deyərlər, adlarını ana südləri kimi haqq edirlər.

İkincisi, maraqlı digər bir tərəf, onlar yanmasalar, yandırmazlar. Deməli, yanan tərəfləri yandırdıqlarından daha böyükdür ki, belə yanğınlara səbəb olur. 44 günlük müharibədə uduzmaq, 30 ilin yalançı mifinin biabırcasına meydana çıxması və alt-üst olması, havadarlarının ta arxalarında dayanmaması, dünyada rüsvay olmaları, ən əsası isə xislətlərindən irəli gələn vəhşilik onları bu həddə gətirib çıxarır. Onlar yanırlar və öz yanğılarını dilsiz-ağızsız evlərdən, həyətlərdən, ağaclardan, təbiətdən çıxırlar. Çünki bütün bunlar onların əsl təbiətindən irəli gəlir

Yandırın, nə qazanacaqsınız? Gündən-günə dünyada vəhşiliyinizin üstünə vəhşilik gətirməkdən, əsl mahiyyətinizi ortaya çıxarmaqdan başqa heç nə.

Yandırın, lakin çıxın, tərk edin. Biz gələcəyik, unutmayın. Yandırdığınız yerlərdə cənnət yaradacağıq.

Dərk edin ki, əsas məsələ torpaq sahibi olmaqdır. Əgər torpağın varsa, onun sahibi sənsənsə, əsrlər sonra da viranələr, xarabalıqlar üzərində cənnət yarada bilərsən. O torpaqlar da sizlərdən fərqli olaraq bizə aiddir, bizimdir. Biz isə sizin yandırdığınız, məqsədinizin xarabalıq yaratmaq olduğu torpaqları necə cənnətə çevirəcəyik, görəcəksiniz. Bunu axı özünüz də etiraf edirsiniz. Deyərsiniz ki, bizim 30 ilə edə bilmədiklərimizi Azərbaycan iki ilə yaxın dövrdə edib.

Hələ gözləyin, gözləyin, görəcəksiniz ki, o torpaqlar hansı inkişafa nail olacaqdır. Onda daha çox yanacaqsınız. Bu dəfə artıq yandırmağa bir yer tapa bilməyib özünüzü yandıracaqsınız.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə