Sizin olmayanı niyə də sevməliydiniz ki?.. KÖŞƏ

Xəbər saytlarında yayımlanan bir xəbər sətiraltı mənası ilə əsəblərimi necə pozdusa, dedim münasibət bildirməsən, bağrım çatlayar, bu gündən sabaha çıxmaram. Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan deyir ki, ermənilər 26 il Qarabağı dağıtdı, amma Bakı 20 ay içində bu dağıntılar üzərində şəhərlər, kommunikasiya, yüksək səviyyəli yollar, körpülər tikə bildi. Ağababyan erməni xalqını Qarabağı sevməməkdə ittiham edir: “Bilirsiz niyə belə oldu? Çünki biz bu torpaqları sevmirik, azərbaycanlılar isə sevir və bunu sübut edir. Şuşada möhtəşəm körpü inşa olunub, ikincisi isə yaxın vaxtlarda tikiləcək. Şuşaya gedən yolda isə elə bağ salınır ki, onu hətta kosmosdan da görmək mümkün olacaq. Bütün bunlar 20-21 aya olunub. Biz isə 26 il ərzində Qarabağda yaşayan erməni əhalisi üçün strateji və həyati əhəmiyyətli 80 kilometrlik yolu inşa edə bilməmişik”.

Birincisi, siz nə üçün Qarabağı sevməlisiniz? Başqasının torpağını niyə də sevməli idiniz? İkincisi, 26 il yox, üst-üstə hesablayanda düz 30 il. Üçüncüsü, sevmirdinizsə, nə üçün 30 ildə sizi qızışdırıb ortalıqda oynadan havadarlarınıza bircə dəfə “yox”, demədiniz. İnsan qanından doymadınız? Dədə-baba yurdu dağıtmaqdan usanmadınız? İnsanları evindən-eşiyindən zorla qovmaqdan, qaçqın, köçkün, didərgin edib silahın burnunda torpağından çıxmağa vadar etməkdən çəkilmədiniz? Dördüncüsü, siz elə bir xislətə maliksiniz ki, orada işıq zərrəsi qədər sizə aid bir şey görsəydiniz, indi Qarabağı cənnətə çevirmişdiniz. Siz tülkü kimi bilirdiniz ki, bu torpaqlar sizə aid deyil, gec-tez onun sahibi gələcək. Ona görə də düşündünüz ki, nə edək, nə etməyək, başladınız dağıtmağa, yandırmağa, daşımağa. Axı harada görünüb ki, erməni abadlıq yarada. Sizin xislətiniz oğurluq, haqsızlıq, nankorluqdan yanadır. Sizin “insanlığınız” dini ocaqlarda özünüzə yaraşan əməllər törətməkdən, tarixi-mədəni abidələri məhv etməkdən, canlı, lakin dilsiz-ağızsız ağacları kəsib-doğramaqdan, satıb pul edib içkiyə verib, içib veyllənməkdən ibarətdir.

Təbii ki, Bakı 20-21 aya Qarabağı cənnətə döndərəcəkdi. Kor gözlərinizin qarşısında 44 günə torpağını sizdən almağı bacaran Bakı 20-21 aya da orada cənnət yaradacaqdı da. Yoxsa düşünürdünüz ki, biz 90-cı illərin biziyik. Siz deyəsən, hələ o havalardasınız. Bizsə 90-cı illərdə torpaqları satanları da, sizin havadarlarınızı da yaxşı tanıyıb nəticə çıxarmışıq.

Hələ gözləyin, görəcəksiniz Qarabağda daha nə cənnətlər yaradılacaq. Onda ağzınızın suyu yaxanıza axacaq. Axdıqca da pişiyin əli ətə çatmayanda “murdardır” dediyi kimi, siz də Qarabağı “heç sevmirik”, deyəcəksiniz. Sevə də bilməzsiniz, çünki sizin olmayanı niyə də sevməlisiniz ki? Heç təsadüfən eşitmisiniz ki, biz sizin o hərədən bir az diləndiyiniz torpaqlarınızdan bir qarışını sevək?..

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə