Rusiya-Ukrayna cəbhəsində son durum - POLİTOLOQ AÇIQLADI

“Rusiya-Ukrayna müharibəsindəki gərginlik davam edir. Bütövlükdə artıq yarım ilə yaxındır ki, davam edən müharibə fonunda hansısa sülhə doğru bir irəliləyiş yoxdu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, bütün dünyanı təhdid edən qlobal ərzaq təhlükəsizliyinin və müharibənin vurduğu zərərləri nəzərə aldıqda qlobal qida böhranının qarşısını almaq kontekstində işlər görülür: “Lakin gərgin müharibə fazası davam etməkdədir. Ola bilər ki, hazırda aktiv döyüş əməliyyatlarının gedişi baxımından müəyyən sakitlik hiss edilə bilər. Lakin ümumi vəziyyətə baxdıqda isə müharibə ilk gündəki kimi davam edir. Ona görə ki, nə Rusiya Ukraynada başlatdığı müharibəyə səbəb gətirdiyi məsələlər barədə Ukrayandan passiv geri dönüş almayıb, nə də Ukrayna Rusiya işğalına qarşı öz müqavimətindən geri çəkilməyib. Məhz bu səbəbdən müharibənin uzun müddət davam edəcəyini düşünürəm. Ukraynanın daim həm hərbi, həm də digər formalarda dəstəklənməyi, eyni zamanda, Rusiyanın da Ukraynaya qarşı aqressiv siyasətində geri dönüş etməyəcəyi göründüyü üçün müharibənin uzun illər davam etmə ehtimalı daha çoxdur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə