Bərdədə nənə xəstə nəvəsinin ölüm xəbərini yaymaqla onu diləndirdi - FOTO

Bərdə rayonunda nənə xəstə nəvəsinin yetim olduğunu deyərək bazarda diləndirib.

Bu barədə SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, o, nəvəsinin Bərdədə klinikaların birində öldüyü ilə bağlı saxta informasiya verib:

“11 yaşlı uşaq sağ-salamatdır, ata və anasının yanındadır. Qadın uşağın ata-anasının rəhmətə getdiyini qeyd etsə də, sağdırlar. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi. Yəqin, azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.

Özünü yazıq biri kimi təqdim edən qadın, sadəcə, dilənçiliyi, insanları aldadaraq pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində iki ev və maşınları da var”.

Bütün xəbərlər Facebook səhifəmizdə