Erməni vəhşilikləri haqda məlumatları gələcək nəsillərə ötürməliyik - TARİXÇİ AÇIQLAMA VERDİ
"Prezident ötən gün keçirilən müşavirədə dediyi "Erməni vəhşiliklərini unutmamalıyıq" sözlərində çox haqlıdır. Bu sözlər bütün Azərbaycan xalqına ünvanlanıb. Çünki hər zaman ermənilərdən bizə qarşı canlı ölüm aləti olaraq istifadə olunub". Bu sözləri SİA-ya açıqlamasında Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov bildirib.
Onun sözlərinə görə, onlara müxtəlif vədlər verilib və maddi yardım olunub: "Bunun nəticəsində onların törətdikləri cinayətlər göz qabağındadır. Ermənilər Azərbaycana qarşı heç vaxt xoş münasibət bəsləməyib. Ölkəmizə qarşı hər zaman düşmənçilik mövqeyindən çıxış edib. Əlbəttə ki, Prezident sözlərində haqlıdır. Ona görə ki bunları unutmaq, bütün bu cinayətlərin üstündən xətt çəkmək deməkdir. Erməni vəhşiliklərini nəsildən-nəslə ötürmək hər birimizin borcudur".
Tarixçi sözlərinə davam edərək həmçinin qeyd edib ki, biz insanlıq göstərərək torpaqlarımızın bir hissəsini onlara güzəştə getdik: "Lakin qarşısında cinayət, soyqırım gördük. Ermənilərin bizim əsirlərimiz üzərində keçirdikləri insanlıqdan uzaq əməliyyatları heç cürə unutmaq olmaz. Təbii ki, bizim münasibətimiz tolerantlıq nümunəsidir. Prezidentin müşavirədə qeyd etdiyi kimi, bir həftə Ermənistanda qazın kəsilməsi səbəbilə bütün dünya şivən qopardı. Halbuki Azərbaycanın demək olar ki, 2005-ci ilə qədər saysız-hesabsız sosial-iqtisadi çətinlikləri olub. Amma bununla bağlı heç bir qurum və ya heç bir dövlət səsini çıxarmadı. Bu, tamamilə anti-insani münasibətdir.
Sonunda biz gücümüzü göstərdik. Torpaqlarımızı geri qaytardı və bərpa işlərini həyata keçiririk. Əgər ermənilərdə insanlıq sifəti qalıbsa, onlar nəinki Azərbaycan torpaqlarından hətta bütün Cənubi Qafqazdan çıxıb getməlidir. Bəlkə kimlərsə düşünür ki, hər bir dövlətin yaşaya biləcəyi kimi bizim də başımıza müharibə gəldi. Amma belə müharibə olmur. Heç bir Azərbaycan vətəndaşı bu yaşananları unutmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB