Ərdoğan Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisindən danışdı

Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb. SİA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən Türkiyə mətbuatına açıqlamasında deyib.

"Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi də həllini tapıb. Bu addımla yanaşı, İğdıra çəkiləcək avtomobil yolu məsələsi də var. Bu avtomobil yolu ilə, xüsusilə Naxçıvan məsələsi həll olunmaqla, həmçinin Azərbaycanın Ermənistan ərazisindən keçməklə İğdırla əlaqəsinin yaradılması yolunda addım atılmış olacaq. Bu istiqamətdə həm dəmir yolu, həm də avotomobil yolu ilə daşımaların artırılıması üçün böyük addım atılacaq", - deyə R.T.Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...