Şuşa azad ediləndə Xankəndidə 7 erməni qalmışdı...

Azərbaycan Ordusu Şuşanı işğaldan azad edəndə və Rusiya sülhməramlıları bölgəyə daxil olanda Xankəndidə 7 nəfər qalmışdı.

Bunu “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində hazırladığı reportajda bildirib.

Bu barədə qondarma rejimin “naziri” David Babayan rusiyalı jurnalitstə məlumat verib. O bildirib ki, keçən ilin noyabrında müharibədən əvvəl 60 min insanın yaşadığı Xankəndində cəmi 7 nəfər qalıb. Bu 7 nəfər qondarma rejimin rəhbəri Arayik Arutyunyan və onun mühafizəçiləri, həmçinin Babayanın özündən ibarət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə