Şəmkir rayonunda şəhid ailələrinin ziyarəti davam edir - FOTOLAR

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Şəmkir rayonunda şəhid ailələrinin ziyarəti davam edir. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Qədimqala kəndindən olan şəhid Elçin Bəxtiyar oğlu İsrafilzadənin və Morul kəndindən olan Etibar Teyyub oğlu Cəfərovun məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıb, ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərib, canlarından keçiblər. Bu gün dövlətimiz tərəfindən onların ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, xalqımız həmişə onları ehtiramla yad edəcək.

Qeyd olunub ki, şəhidlərimiz erməni təcavüzünə qarşı döyüşlərdə qəhrəmancasına iştirak edib, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərərək, şəhidlik zirvəzinə ucalıblar.

Şəhidlərin ailə üzvləri bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə