44 günlük Vətən müharibəsinin xronikası: 11 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

SİA Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Gəncəyə Ermənistanın Gəncəyə etdiyi hücumla bağlı "twitter"də paylaşım edib: "Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Ümumilikdə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir.

Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!

Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!

Ümumilikdə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir"

- Birinci vitse-prezident Mehriban Əliyeva dünya birliyini Azərbaycanın mülki əhalisinə Ermənistanın etdiyi hücumlara laqeyd qalmamağa çağırıb.

- Müdafiə Nazirliyi xəbəbr verir ki, Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunu guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür. İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır.

- Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub. Atəş nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.

- Ermənistan silahlı qüvvələri Mingəçeviri raket atəşinə tutub.

- Müdafiə Nazirliyi düşmənin canlı qüvvə və texnikasının məhv edilməsinin videogörüntülərini yayıb.

- Düşmənin alay komandirinin müavini və xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

- Oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

- Müdafiə Nazirliyi hücuma cəhd edən düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb.

- Baş Prokurorluğun məlumatına görə, Ermənistanın Gəncəyə növbəti atəşı nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

- Erməni əsgərlərinin cəsədlərini yığan ağ bayraqlı tibbi maşın Ermənistan tərəfindən atəşə tutulub.

- Baş Prokurorluğun məlumatına görə,Gəncədə ölənlərin sayı 9-a çatıb.

- Baş Prokurorluğun məlumatına görə, Ermənistanın atəşi nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb.

- Müdafiə Nazirliyi Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın məhv edilməsi videogörüntülərini yayıb.

- Gəncənin raketlə vurulma anının videogörüntüləri yayılıb.

- Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin videogörüntüsünü yayıb.

- Ermənistan ordusuna məxsus “KUB” zenit-raket kompleksi məhv edilib.

- Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinin yeni videogörüntüsünü yayıb.

- Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin yeni videogörüntüsünü yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə