44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

SİA Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev xalqa müraciət edib. Ali Baş Komandan Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini və düşmənin məhv edilən, ələ keçirilən texnikalarının sayını açıqlayıb.

- Prezident İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verlişinə və “Sky News” televiziya kanalına müsahibə verib.

- Ermənistan ordusunun daha bir qərargahı dağıdılıb, artilleriya rəisi məhv edilib. Müdafiə Nazirliyi dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.

- Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun videogörüntülərini paylaşıb.

- Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunu raket və artilleriya atəşinə tutub, 3 nəfər yaralanıb. Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb.

- Ermənistanın xeyli sayda hərbi texnikasının məhv edildiyi videogörüntülər yayılıb.

- Ermənistan Silahlı Qüvvələri Mingəçevir şəhərini, Bərdə, Ağcabədi Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutub.

- Azərbaycan Ordusu düşmənin daha bir neçə hərbi texnikasını ələ keçirib. Düşmənin atıb getdiyi hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənib.

- Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

- Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə məhv edilib.

- Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan SuqovuşanTalış kəndinin videogörüntüsünü yayıb.

- Baş Prokurorluğun məlumata görə, Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb.

- Düşmənin Prima yaylım atəş sisteminin, 25 nəfər əsgər və zabitini döyüş bölgəsinə gətirən hərbi maşın hərəkətdə məhv edilməsinin videogörüntüləri yayılıb

- Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...