Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin üzvü Aydın Hüseynov və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Füzuli şəhəri uğrunda gedən döyüşlərdə Şəhid olmuş Qədirov Şahin Bayram oğlunun Səngəçal qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edib, məzarı üzərinə çələng və gül dəstələri qoyublar.
Həmin gün rayonun rəhbərliyi Şəhidin Çeyildağ qəsəbəsində təşkil olunmuş il mərasiminə qatılıb, onun ailə üzvlərinə və doğmalarına baş çəkib, Şəhidin əziz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə xatirə şəkili çəkilib.

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB