Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ində guya Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açdığı və atəş nəticəsində bir erməni hərbçisinin yaralanması barədə məlumatlar yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...