“Azerçay” qəhramanlarımıza həsr olunmuş layihə həyata keçirib.

Ölkəmizin ilk milli çay markası olan “Azerçay” Vətənə olan bağlılığını nümayiş etdirərək qəhramanlarımıza həsr olunmuş layihələr reallaşdırmağa davam edir. Belə ki, dünyanın müxtəlif ölkələrində sevilərək içilən ”Azerçay” Vətən uğrunda şərəflə döyüşmüş şəxslərin tanıdılması və təbliği məqsədilə “Doğma qəhramanlar” layihəsini təqdim edib. Rəşadətli ordumuzun zəfər yoluna həsr olunmuş layihə çərçivəsində Vətənimizin bütövlüyü uğrunda döyüşmüş Zakir Babayev, Ruhin Mikayılov, Amin Musayev və Tərlan Həsənovun iştirakı ilə videoçarxlar hazırlanıb. Vətənimizin bütövlüyü uğrunda döyüşmüş qəhramanlar zəfərə gedən şərəfli yol barədə xatirələrini bölüşüblər.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...