Qarabağda erməni vandallığının daha bir görüntüsü yayılıb

Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib. SİA Sputnik Azərbaycana istinadən xəbər verir ki, verir ki, o, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün "Twitter" hesabından dərc edib.

Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, Deqati illərdir ki, Qarabağ gerçəkliklərini dünyaya çatdırır. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə