Ballı qatığın faydaları nələrdir? - MARAQLI FAKTLAR

Bildiyimiz kimi qatığın özündə bir çox vitamin və mineral var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qatığı bal ilə qarışdırıb hər gün istehlak etmək sağlamlığımız üçün çox faydalıdır. Həftədə bir dəfə bal ilə qatıq yeməyin faydaları nələrdir?

1. Qatıq probiyotik və zülal qaynağı olması baxımından sağlamlığımız üçün çox faydalı qidadır.

2. Balın tərkibində çoxlu minerallar olduğu üçün təbii antibiotik kimi tanınır.bBu iki qida bir yerdə istehlak edildikdə sağlamlığımız üçün çox faydalıdır.

3. Balın tərkibində fol turşusu və bol miqdarda C vitamini olduğu üçün qatıqla birlikdə istehlak edildikdə immunitet sistemini gücləndirir və orqanizmə enerji verir.

4. Əsəbləri sakitləşdirir. Ruhi xəstəlikləri sağaltdığı deyilir.

5. Diş və diş əti xəstəlikləri üçün müalicəvi xüsusiyyətlərə malik olduğu deyilir.

6. İdman edənlərin idmandan əvvəl istehlak etmələri tövsiyə olunur. İstəsəniz qoz da əlavə edə bilərsiniz. Tərkibində yüksək kalsium olduğu üçün sümük rezorbsiyasını gecikdirdiyi deyilir.

7. Bağırsaq xəstəliklərinə xeyirli olduğu və kolon xərçənginin müalicəsində təsirli olduğu bildirilir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə