Afrikada keçirilən küçə festivalı ləğv edildi

Hər il Nigeriyada təşkil olunan və Afrikanın ən böyük küçə festivalı sayılan “Kalabar” bu il koronavirusun “omikron” ştammı ucbatından ləğv edilib.

SİA xəbər verir ki, bu barədə tədbirin keçiriləcəyi əyalətin rəhbəri məlumat verib.

O, qərarın ictimai təhlükəsizlik səbəbindən qəbul edildiyini bildirib.

Qeyd edək ki, Kalabar vilayətində keçirilən festivala bir qayda olaraq, dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılır.

Bütün xəbərlər Facebook səhifəmizdə