İspaniyalı futbolçu 61 ildən sonra “Qızıl top” qazanıb

2021-ci ilin ən yaxşı qadın futbolçusu açıqlanıb.

SİA xəbər verir ki, “France Football” nəşrinin mükafatı “Qızıl top”un təqdimetmə mərasimi zamanı sahibinə verilib.

Səsvermə nəticəsində qadınların “Qızıl top”una Aleksia Putelyas layiq görülüb. “Barselona”nın 27 yaşlı yarımmüdafiəçisi 61 ildən sonra bu mükafata yiyələnən ilk, ümumilikdə isə ikinci futbolçu olub. Ona mükafatı PSJ-nin fransalı hücumçusu Kilian Mbappe təqdim edib.

Buna qədər ispaniyalılardan yalnız 1960-cı ildə kişi futbolçu Luis Suares “Qızıl top” qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...