Arturo Vidalın villasını qarət ediblər

“İnter”in yarımmüdafiəçisi Arturo Vidalın Milan yaxınlığındakı villası qarət edilib.

İnsident noyabrın 7-də “İnter” – “Milan” derbisi zamanı (1:1) baş versə də, hadisə barədə yalnız indi məlumat verilib.

Oğrular villadan qızıl-zinət əşyaları çıxararaq, 400 min avro dəyərində “Mercedes Brabus Amg G700” markalı yolsuzluq avtomobilini oğurlayıblar.

Bu avtomobildən başqa, Vidalın həyətində “Ferrari 448 Spider”, “Volvo XC90”, açıq yaşıl rəngli “Fiat Panda 4x4” avtomobilləri də olub.

Cinayətkarlar əvvəlcə “Ferrari”ni oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər və belə olduqda “Mercedes”ə üstünlük veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə