“Omikron”un təhlükəsi çox şişirdilib?

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutunun icraçı direktoru Adrian Puren bildirib ki, koronavirusun yeni “omikron” ştammı bəzi ekspertlərin iddia etdikləri qədər təhlükəli deyil.

“Yeni şatm xəstəliyin ağır formalarına səbəb olmur. Odur ki, “Omikron”un təhlükəsi çox şişirdilib”, -deyə həkim qeyd edib.

İngiltərənin baş həkimi Kris Uitti də koronavirusun “delta” ştamını britaniyalılar üçün “omikron”dan daha böyük təhlükə hesab edib.

“Biz həmişə bilirdik ki, vaxtaşırı yeni variantlar ortaya çıxacaq. Lakin biz onunnbarəsində çox şeyi bilmirik və düşünürəm ki, hələ fərziyyələrə uymağa dəyməz”, - deyə professor bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə