Oyuna 9 futbolçu ilə çıxıb darmadağın olundu

Portuqaliyada "Belenenseş" futbol klubu ölkə çempionatının 12-ci turu çərçivəsində "Benfika" ilə ev oyununa cəmi 9 futbolçu ilə çıxıb.

SİA xəbər verir ki, hətta meydana daxil olanlardan ikisinin qapıçı olduğu məlum olub.

Bildirilir ki, klub heyətindəki kütləvi koronavirusa yoluxma hallarına görə belə bir addım atmalı olub. Oyuna tam olaraq əsas heyətiylə çıxan "Benfika" isə ev sahibinə elə ilk yarıda 7 cavabsız qol vurub.

İkinci tayma "Belenenseş" ümumiyyətlə yeddi nəfərlə çıxıb. Start fitindən sonra futbolçulardan birinin zədəli olduğunu iddia edərək meydanı tərk edib.

Bundan sonra hakim oyunu dayandırmağa məcbur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə