Narın faydaları nələrdir? - MARAQLI FAKTLAR

Çox yüksək antioksidant tərkibli bir meyvə olan nar tərkibindəki lif, zülal, C vitamini, K vitamini, folat və kalium zənginliyi sayəsində sağlamlığımıza çox əhəmiyyətli töhfələr verir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nar şirəsi çoxlu miqdarda nar dənəsindən hazırlandığından C vitamininin miqdarı da artır.

Narın həzm olunmayan hissələrinə lif və ya pulpa deyilir. Lif həzm sistemindən keçərkən suyu udaraq nəcisin əmələ gəlməsini asanlaşdırır və beləliklə qəbizlik probleminin qarşısını alır. Nar qabığında yüksək miqdarda C vitamini var. C vitamini çatışmazlığı bir çox xəstəliyə səbəb ola bilər. Bu səbəbdən xüsusilə qış aylarında qrip, bronxit, boğaz ağrısı kimi xəstəliklərə müalicəvidir. Nar tərkibindəki C vitamini ilə dəridə kollagen sintezini stimullaşdıra bilər. Bu dəriyə elastiklik verir, qırışların əmələ gəlməsini gecikdirir və dərinin canlı görünüşə sahib olmasını təmin edir. Mütəxəssislər vurğulayırlar ki, həzm probleminiz varsa, narın şirəsi ilə deyil, tumları ilə birlikdə istehlak edilməlidir.

Nar qabığı çayını necə dəmləyirik?

Qəhvə qabına 100-150 q su əlavə edək, bu təxminən 1 stəkan sudur. Suyu yaxşıca qaynadın, qaynayanda 2-3 qram qurudulmuş nar qabığını əlavə edək. Çay bir az acı olduğu üçün 3 qramı keçməyin, nar qabıqlarını əlavə edin və 5 dəqiqə qaynadın. Çayın rəngli olmasını istəyirsinizsə, 1-2 nar çiçəyi əlavə edin, rəngi çıxanda ocaqdan götürün.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə