Restoranda ofisiant robotlar fəaliyyətə başlayıb

Mosulda restoranda “robot ofisiantlar” işə başlayıb. Ağıllı planşetlərlə hərəkət edən robotlar sifariş qəbul edə, xidmət göstərə və danışa bilirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhərin mərkəzində bir müddət əvvəl açılan restoranda xidmət etməyə başlayan robot ofisiantlar insanlar tərəfindən maraqla qarşılanıb. Müştərilərə hər cür xidmət göstərən robotlar 15 çeşiddən ibarət menyuya xidmət edirlər.

Restorana gələn müştərilər masalar üzərində qurulmuş rəqəmsal menyu sistemi ilə sifarişlərini mətbəxə göndərirlər. Mətbəxdən yeməkləri götürən robot ofisiantlar xidmət edəcəyi masaya doğru irəliləyirlər və həmin sifarişi müştəriyə təqdim edirlər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə