Baş nazir seçildikdən 8 saat sonra istefa verdi

İsveç Parlamenti Riksdaqendə keçirilən seçkidə Sosial Demokrat Partiyasından Maqdalena Andersson baş nazir seçilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Andersson dünən 349 yerlik parlamentdə 175-dən az “xeyr” səsi alaraq ölkənin siyasi tarixində ilk qadın baş nazir olub. Səsvermədən sonra Andersson “Mən İsveçin ilk qadın baş naziri seçildim və bunun ölkəmizdəki qadınlar üçün nə demək olduğunu bilirəm” deyib. Lakin Andersson təxminən 8 saat sonra vəzifəsindən istefa edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə