“Bomj” lotereyada 500 000 avro udub

Hadisə Fransanın Monpelye şəhərində baş verib.

Qeyd edilir ki, küçədə yaşayan şəxs növbəti lotereyasını alanda elə bilib ki, 25 avro udub.

Onun adətən qazandığı məbləğ 100 avronu keçmirdi. O, lotereyanın üstündəki boyanı tam pozmadığı üçün dəqiq vəsaiti öyrənə bilməyib. Satış bürosunda cihazla yoxlama zamanı onun 500 min avro (təxminən 1 milyon manat) udduğu məlum olub. Bu hadisədən sonra ölkədə lotereya satışları kəskin artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə