Varlığına inanmayacağınız qəribə mədəniyyətlər mövcuddur - MƏQALƏ

Dünya sahib olduğu yüzlərlə müxtəlif ölkələrin, millətlərin, mədəniyyətlərin və adət-ənənələrin olduğu çox qəribə bir yerdir. Müasir dövrdə yaşasaq da, min illərin adət-ənənələri və mədəniyyətləri hələ də maraqlı şəkildə mövcuddur. Ölülərlə yaşamaqdan tutmuş yanan kömürlərin üstündə gəzməyə qədər bir çox maraqlı mədəniyyətlərin ənənələri bizi təəccübləndirə bilər. SİA olaraq bu məzmunda bu gün də mövcud olan 9 maraqlı və qəribə mədəniyyətləri bir araya gətirdik. Bizim fərqində belə olmadığımız bir çox mədəniyyət və adət-ənənələr yüzlərlə, min illər keçsə də, bəzi insanlar tərəfindən hələ də davam etdirilir. İstər Afrikanın ucqar yerlərində, istərsə də Avropanın mərkəzində bu maraqlı mədəniyyətlər və ənənələr hələ də yaşamaq üçün bir yol tapır. Amazon cəngəlliklərindən kənara çıxmayan qəbilələrin bəzi mədəni ənənələri və İspaniyanın ortasında yaşayan fərdlərin adət-ənənələri bəzən bizi təəccübləndirməyi də bacarır. Bu məzmunda dünyanın bir çox guşələrində davam edən qəribə mədəniyyətlərə və ənənələrə daha yaxından nəzər salırıq.

Qəribə şəkildə hələ də mövcud olan 9 qəribə mədəniyyət və ənənə:

1.Yaşayan ölülər, İndoneziya

2. Körpələrin üstündən tullanmaq festivalı, İspaniya

3. Evlərə sınıq boşqablar atılır, Danimarka

4. Kişilər hamilə arvadlarını yanan kömürlərin üstündə aparır, Çin

5. Mərmi qarışqasına meydan oxuyan insanlar, Braziliya

6. Ölülərlə rəqs, Madaqaskar

7. Sevdiklərinin külünü yeyən qəbilə, Venesuela/Braziliya

8. Qadın sünnətləri, Afrika/İndoneziya/Yəmən

9. Məşhur boyun halqaları, Tayland

Yaşayan ölülər, İndoneziya

İndoneziyanın Cənubi Sulavesi bölgəsində bir qrup insan çoxəsrlik ölülərlə yaşamaq mədəniyyətini bu günə qədər davam etdirir. Bir müddət milli mətbuatda böyük səs-küy yaradan bu mədəniyyətin əsasında ölümdən sonra həyat var. Bu bölgədə insanlar əvvəlcə dünyasını dəyişmiş qohumlarını müvəqqəti tabutlara qoyur və sağ ikən onlara sevdikləri şeyləri təqdim etməyə davam edirlər. Yaşadıqları bölgəyə görə “Toracan” adlandırılan bu insanlar mərhum qohumlarını mumiyalayaraq, həqiqi dəfn üçün pul yığana qədər onlarla yaşayırlar. Toracanların inancına görə, insanın ölümü yas tutulmalı deyil, daha çox qeyd olunmalıdır, çünki toracanlara görə əsl həyat ölümdən sonra başlayır.

Kişilərin “şeytan” kimi geyinib körpələrin üstündən tullandığı festival, Castrillo de Murcia / İspaniya

Bir çox ölkələrdə yayılmış Hıdırellez mədəniyyəti haqqında hamınız eşitmisiniz. İspaniyanın bir bölgəsində Hıdırellezə bənzər dini bayram təşkil edilir. Castrilla de Murcia bölgəsində keçirilən El Colacho adlı bu festivalda insanlar odun üstündən tullanmaq əvəzinə, 1 yaşında olan körpələrin üzərindən tullanırlar. Daha sonra keşişlər tərəfindən müqəddəs su ilə xeyir-dua verilən körpələr, xristian inancına görə əsl günahlardan təmizlənirlər.

Doğmalarınızın evinə qırıq qab-qacaq atmaq, Danimarka

Xoşbəxtlik üçün sevdiklərinizin evinə sınmış qab-qacaq atmağı heç düşünmüsünüzmü? Ağıla belə gətirilməsi çətin olan bu mədəniyyət bir çox Avropa ölkələrində, xüsusilə Danimarkada hələ də qorunur. İlboyu evlərində hər cür qırıq çini qab-qacaq toplayan danimarkalılar, dekabrın 31-nə keçən gecə bu qırıq çini qabları sevdiklərinin evinə atırlar. Təbii ki, qohumlarının evinə ziyan vurmamaq üçün sınıq boşqablarını ancaq qapının ağzına qoyan insanlar da var.

Kişilər hamilə arvadlarını yanan kömürlərin üstündə aparır, Çin

Hamilə arvadın qaynar kömürlərdə daşınması ənənəsi bu gün də Çinin bəzi yerlərində davam etdirilir. Bu ənənənin əsas məqsədi qadınları hamilə olduqda kişilərin də müəyyən çətinliklərlə üzləşəcəyini araşdırmaqdır. Güman edilir ki, kişi bu ritualı uğurla yerinə yetirərsə, qadın problemsiz hamiləlik keçirəcək və sağlam uşaq dünyaya gətirəcək. Qaynar kömürlərdə gəzinti hamiləlik dövrünə müsbət təsir göstərməsə də, bunun sırf mənəvi bir ritual olduğunu unutmaq olmaz.

Amazon cəngəlliyində, mərmi qarışqalarına meydan oxumaq

Braziliyanın nəhəng Amazon cəngəlliyi müasir dünya ilə hələ də az əlaqəsi olan bir çox qəbilələrə ev sahibliyi edir. Bu qəbilələrin mədəniyyətləri isə inanılmaz əzablara dözməyi tələb edən bəzi ənənələri ehtiva edir. Braziliyada yaşayan “Satere Mave” qəbiləsi hələ də məlum ən ağrılı rituallardan biri olan mərmi qarışqalarına meydan oxumaq ənənəsini davam etdirir. Bu ritual çərçivəsində 13 yaşına çatmış qəbilə kişiləri özlərini sübut etmək və qəbilə rəqslərini yerinə yetirmək üçün 10 dəqiqə ərzində içi mərmi qarışqası ilə doldurulmuş əlcək taxırlar və hər kişi bu ayini 19 dəfə təkrarlayır. Bir mərmi qarışqasının dişləməsinin adi arıdan 30 dəfə güclü olduğunu nəzərə alsaq, Satere Mave qəbiləsindən olan bir insanın 190 dəqiqə ərzində çəkdiyi ağrıları təsəvvür etmək çətindir.

Hər 7 ildən bir ölülərlə rəqs edirlər, Madaqaskar

Gerçək həyatın ölümdən sonra başladığı inancından irəli gələn bir mədəniyyətin məhsulu olan ölülərlə rəqsi, Madaqaskarda yaşayan Malaqas tayfası hələ də davam etdirir. Hər 7 ildən bir keçirilən Famadihana adlanan bu festivalda insanlar mərhum əcdadlarını məzarlarından götürür və qalıqlarını təmiz parçaya bükürlər. Təmiz parçaya büküldükdən sonra qəbilə üzvləri canlı musiqi sədaları altında rəqs edərək əcdadlarını məzarlarına aparırlar.

Ölən yaxınlarının külünü yeyən qəbilə, Venesuela/Braziliya

Braziliyada Amazon cəngəllikləri və Venesuelanın bəzi hissələrini əhatə edən “Yanomami” qəbiləsi üçün ölüləri basdırmaq günahdır. Bu qəbilənin inancına görə, mərhumun axirət həyatına başlaması üçün onların qalıqları yer üzündən tamamilə silinməlidir. Bu səbəbdən ölülərini yandıran qəbilə üzvləri qalan külləri öz aralarında paylaşaraq yeyirlər. Bununla da mərhumun ruhu qəbilə üzvlərinin ruhu ilə birləşərək dinclik tapır.

Qorxunc qadın sünnəti ənənəsi, İndoneziya/Yəmən/Afrika

Başda Ümumdünya Səhiyyə Təşkilatı olmaqla bir çox səhiyyə təşkilatı tərəfindən davam etdirilən qadın sünnəti ənənəsi Afrikanın 27-dən çox ölkəsində, xüsusilə İndoneziya və Yəmən kimi ölkələrdə hələ də davam etdirilir. Qədim Misir və Yunanıstandan qalma bu ənənənin qurbanı olan qadınlar ciddi sağlamlıq problemləri ilə üzləşirlər. UNICEF-in 2016-cı il hesabatına görə, bu ölkələrdə xarici cinsiyyət orqanları çıxarılan 200 milyondan çox qadın var.

Qəribə bir gözəllik anlayışı nəticəsində yaranan boyun halqaları, Mae Hong Son/Tayland

Gözəllik üçün ən böyük əziyyətlərdən biri kimi tanınan boyun halqaları Taylandın Mae Honq Son bölgəsində hələ də mövcuddur. Özlərini Kayan xalqı olaraq təyin edən bu tayfaya görə, gözəllik üçün uzun boyun şərtdir. Özü ilə çox ciddi sağlamlıq problemlərini gətirən bu mədəniyyət, Kayan tayfasının qızları 2 yaşında olanda tətbiq olunmağa başlayır. Bu parlaq halqalar 2 yaşından boyunlarına taxmağa başlayan uşaqların 12 yaşına çatdıqda isə 10-dan çox boyun halqaları olur. Kayan qəbiləsinin qadınları yaşlandıqca halqalarının sayı artır və 20-yə çatır. Bu adət-ənənələr qərb mədəniyyətinə ilk dəfə Marko Polo tərəfindən təqdim edilmişdir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə