Səudiyyə Ərəbistanına qar yağıb

Səudiyyə Ərəbistanının Şimal Sərhəd Bölgəsində yerləşən Tureyf şəhərinə qar yağıb.

SİA-nın Sputnik-ə istinadən əldə etdiyi məlumata görə, qarın yağışı şəhərin yüksək və dağlıq ərazilərində təsirli olub. Belə ki, bölgədəki bir çox ərazi ağ "örpəyə bürünüb". Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi bölgədə ən çox 7 dərəcəyə qədər enə bilən temperaturun sıfırın altına düşə biləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə