Yola səpələnən pulları yığanlar saxlanılıb CƏZALANDIRILIB

ABŞ-da magistral yollara səpələnmiş pulları toplamağa başlayan iki nəfər həbs edilib. SİA xəbər verir ki, bu barədə FOX 5 məlumat yayıb.

Telekanalın məlumatına görə, yerli vaxtla səhər saat 9 radələrində dövlətlərarası avtomobil yolunda zirehli yük maşınının qapıları açılıb, bundan sonra magistral yola pullar tökülməyə başlayıb. Nəticədə yolda olan insanlar onları toplamağa, yığmağa tələsiblər.

Qeyd olunur ki, sürücülərin və yolda olan insanların belə bir canfəşanlığı cəzasız qalmayıb. Beləki, polis artıq bir kişi və bir qadını saxlayıb. Hüquq mühafizəçiləri qalanlardan da pulu qaytarmağı tələb ediblər.

Hazırda hadisə ilə Federal Təhqiqat Bürosu məşğul olur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə