Rusiya millisinin yarımmüdafiəçisi Roman Zobnin Moskva “Spartak”ının rəhbərliyindən maaşının azaldılmasını istəyib.
Bu barədə Rusiyanın tanınmış idman jurnalisti İlya Kazakov öz "Telegram" kanalında məlumat yayıb.
“Gözlənilməz bir addımdır. Mənim üçün buna inanmaq çox çətindir. Zobnin “Spartak” rəhbərliyinə yaxınlaşaraq maaşının azaldılmasını istəyib. O, bunu haqq etdiyindən daha çox maaş alması ilə əlaqələndirib. Daha əvvəl isə mətbuatda Zobinin bir ilə 3-3,3 milyon avro maaş aldığı açıqlanırdı”, - deyə jurnalist vurğulayıb(Oxu.az).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB