Koronavirus zamanı uşaqlarda piylənmə artıb

İngiltərə və ABŞ-da aparılan araşdırmalara görə, hərəkətsizlik və düzgün qidalanmamaq uşaqlarda piylənmənin artmasında təsirli olub

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti məlumatları nəzərdən keçirib. Buna görə 2019-2020-ci illərdə uşaqlarda piylənmə nisbəti 10 faiz olarkən, 2020-2021-ci illərdə 14 faizə yüksəlib. Kasıb rayonlarda bu nisbət iki dəfə artıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Xidməti tərəfindən aparılan araşdırmalarda da oxşar nəticə əldə edilib. Təxminən 435 min uşağın məlumatlarına baxılan araşdırmada uşaqların bədən kütlə indeksinin iki dəfə artdığı müəyyən edilib. Epidemiyadan əvvəl uşaqlarda peylənmə nisbəti 19 faiz olarkən, Covid-19 epidemiyası zamanı bu nisbət 22 faizə yüksəlib. Mütəxəssislərin fikrincə, piylənmənin artmasının əsas səbəblərindən biri epidemiya zamanı tətbiq olunan komendant saatıdır. Qeyd edilir ki, bu müddət ərzində uşaqlar hərəkətsiz qalıblar. Kompüter, planşet və televizorlardan istifadə intensivləşib. Piylənmənin artmasındaki səbəblər arasında qeyri-adi qidaların istehlakı da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə