Van Qoqun bu əsəri hərracda rekordu qırıb

Dünya şöhrətli rəssam Van Qoqun “Meules de ble” adlı peyzajı hərracda 35,9 milyon dollara satılıb.

Ikinci Dünya müharibəsiz amanı Fransanın işğalı vaxtı nasistlər tərəfidnən ələ keçirilən əsər holland impressionistin ən baha qiymətə satılan əsəri olub.
1888-ci ildə çəkilmiş əsərin ilkin satış qiyməti 20-30 milyin dollar olub. Sonuncu dəfə o, 1905-ci ildə sərgilənib.

Van Qoqun intiharından sonra rəsm əsəri rəssamın qardaşı Teo Van Qoqa məxsus olub. Ancaq əsər Fransanın işğalı zamanı nasistlərin əlinə keçib. Müharibədən sonra 1970-ci illərin ortalarınadək peyzajın yeri məlum olmayıb. “Christie’s” kolleksiyaçılar və ilk varislərlə müqavilə imzalayanadək əsər şəxsi əllərdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB