50 milyon xərçəng adanı ələ keçirib

50 milyondan çox qırmızı xərçəng meşədən sahilə köç edərək inanılmaz mənzərənin yaranmasına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, turistlər bu qədər xərçəngi görəndə məəttəl qalıblar və şok görüntülərə şahid olmaq üçün bir-biri ilə yarışıblar.

Hər il çoxalmaq üçün okeana köç edən milyonlarla qırmızı xərçənglər, Qərbi Avstraliyanın Milli Parkın sahillərinə səyahət ediblər. Yerli sakinlər və səyyahlar planetin ən böyük heyvan miqrasiyalarından biri hesab edilən xərçənglərin görüntülərini çəkmək üçün yarışıblar, çünki, xərçənglər adanı sanki qırmızı rəngə boyamışdılar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə