Türkiyə Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb. Bildirib ki, oktyabrda əcnəbilərə Türkiyə üzrə 137 min 401 ev satılıb
Verilən məlumata görə, mənzil satışları əvvəlki ilin müvafiq dövrünə müqayisədə 14,9 faiz artıb. Bu müddət ərzində əcnəbilər 5893 mənzil alıb. Oktyabr ayında isə artım 12,1 faiz olub. Sözügedən ayda xaricilərin mənzil satın aldıqları şəhərlər arasında İstanbul 2464 satışla birinci yerdə qərarlaşıb. Bu şəhəri 1385 satışla Antalya və 359 satışla Ankara izləyib. Yanvar-oktyabr dövründə xaricilərə ev satışı 2020-ci ilin müvafiq dövrünə müqayisədə 38 faiz artaraq 43 min 372 oldu. Oktyabr ayında İran vətəndaşları Türkiyədən 1265 ev satın alıb. Müvafiq dövrdə İran vətəndaşlarını İraq (926 yaşayış yeri), Rusiya Federasiyası vətəndaşları (543 mənzil) izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB