Peruda kütləvi məzarlıq tapılıb

500 il əvvələ məxsus olduğu ehtimal edilən məzarlıq Perunun qədim Çan Çan şəhərində aşkar edilib. Hazırda məzarlıqdakı 25-30 skelet üzərində tədqiqat aparılır.

Qeyd edək ki, Cənubi Amerikanın Kolumbdan əvvəlki dövrünün ən böyük şəhərində yerləşən məzar tarixin naməlum dövrlərini işıqlandırır.

Mütəxəssislər Çimu əhalisinin insanları qurban verdiyini və uşaqların ürəyini çıxardığını bildiriblər.

Qalıqlar cəmi 32 kvadratmetr olan kiçik bir ərazidə aşkar edilib.

"Reuters" xəbər agentliyinə danışan arxeoloq Xorxe Menese bildirib ki, bu cəmiyyət insanları qurban verməklə tanınsa da, bölgədə buna dair heç bir dəlil yoxdur.

Tədqiqatçılar gələcəkdə hər bir insan üçün ölüm səbəbini müəyyən etmək üçün ayrıca testlər keçirməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə