Yapon şahzadəsi sevgilisi ilə yeni həyata qədəm qoyub

Keçmiş yapon şahzadəsi Mako, həyat yoldaşı Komuro Kei ilə birlikdə gəldiyi ABŞ-ın Nyu-York ştatında yeni həyatlarına qədəm qoyublar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sevgilisi ilə evlənərək krallıq statusundan imtina edən Mako və əri Komuro Kei, Yaponiyanın paytaxtı Tokioda kiçik miqyaslı mərasimlə yola salınıblar. Makonun Nyu Yorkdakı ailəsi və iş həyatının ictimaiyyət tərəfindən yaxından izlənilməsi gözlənilir. Yapon imperator ailəsinin adi bir insanla evlənən qadın üzvləri kral statusunu itirirlər. Şahzadə Mako da evliliyinə görə bu statusdan imtina edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə