Balıq tutan qocanın fədakarlığı...

Avstraliyanın Kinslend ştatının 61 yaşlı sakininin başına maraqlı iş gəlib. Belə ki, o həftə sonu balıq tutmaq üçün çay kənarına gedib. Qarmağı suya atan anda ona 4 metrlik timsah hücum edib. Timsah onun çəkməsindən tutsa da kişi özünü itirməyərək cib bıçağı ilə onun başına zərbə endirib. Bir neçə dəqiqəlik gərgin mübarizədən sonra heyvan geri çəkilib.

Yaşlı kişi özünü xəstəxanaya çatdırıb. Burada ona tibbi yardım edilib, vəziyyəti kafidir.

Bioloqlar isə bu hadisəni möcüzə adlandırırlar. Onların fikrincə çəkisi 1 tonadək olan timsahın çənəsindən qurtulmaq ehtimalı təxminən sıfıra bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə