Koronavirusdan qoruya bilən üç qida

Rafinə olunmamış, təmiz heyvani ərinmiş yağ orqanizmdə iltihab əleyhinə təsir edir, koronavirusa dözümlülüyü artırır.

SİA Medicina az-a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru Marqarita Kovalyova bildirib.

“Pandemiyada səhərlər kənd toyuğu və ya bildirçin yumurtası, eləcə də təmiz inək südündən alınmış ərinmiş yağ 1-2 çay qaşığı qəbul edilməlidir. Belə yağda kozein olmur.

Bütün salatlara, qidalara müxtəlif toxumlar, qoz və badam əlavə edilməsi lazımdır. Səhər yarım ovuc qoz-fındıq yeyin. Mal ətini azaldın, əvəzinə dəniz, okean balıqları, zeytun yağı, avokado və buğda yağı menyuya əlavə edin”

Bütün xəbərlər Facebook səhifəmizdə