2014-cü ilin Nobel Sülh Mükafatı laureatı Malala Yusufzai ailə həyatı qurub.
Bu barədə 24 yaşlı M.Yusufzai Tvitter hesabında paylaşım edib.
O, İngiltərənin Birminhem şəhərindəki evində Asser Maliklə evlənib.
Qeyd edək ki, 15 yaşında başından vurulan və “Taliban” güllələrinə tuş gələn M.Yusufzai sağaldıqdan sonra bütün dünyada qızlar və qadınlar üçün gördüyü işlərlə tanınır.
Xatırladaq ki, M.Yusufzai 2014-cü ildə 17 yaşında olarkən uşaq hüquqlarını müdafiə edən Kaylaş Satyartxi ilə birgə Nobel mükafatına layiq görülmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB