Avropada 2050-ci ildən etibarən daha əvvəllər yaşanmamış ölümcül təbiət hadisələri yaşana bilər.

Avropada 2050-ci ildən etibarən daha əvvəllər yaşanmamış ölümcül təbiət hadisələri yaşana bilər.

“İqlim dəyişiklikləri” jurnalında dərc olulan yazıda belə deyilir.

Adətən 100 ildə bir yaşanacaq fəlakətlər 2050-ci ildən etibarən hər il reallaşa bilər.

Avropa qitəsinin müəyyən hissələri hər il şiddətli yanğınlar, çaylarda daşqın və fırtınalarla qarşı-qarşıya qalmaq, Aralıq dənizi sahillərini həddindən artıq quraqlıq, sel və ya isti hava dalğalarının vurma ehtimalı böyükdür. Bu təbiət hadisələri daha əvvəl olmadığı qədər ölümcül nəticələrə səbəb ola bilər.

Məsələn, İspaniyada 2080-ci ildən etibarən iqlim dəyişikliyi ilə əlaqədar normalda 100 ildə bir baş verəcək fəlakətlərin 6 ayda bir yaşanması gözlənilir.

“İqlim dəyişiklikləri” jurnalının yazarı və Avropa Komissiyası Ekologiya və Ətraf Mühit İnstitutunda çalışan Giovanni Forzierinin sözlərinə görə bu araşdırma hökumətlər və təşkilatların həll və strategiya hazırlaması üçün bir xəbərdarlıq olmalıdır.

Qeyd edək ki, dekabr ayında Fransanın paytaxtı Parisdə razılığa gəlinən “İqlim Dəyişkənliyi Sazişi” 175 ölkə tərəfindən imzalanmışdı. Paris razılaşması bu vaxta qədər iqlim mövzusunda imzalanmış ən geniş razılaşmadır.

Bütün xəbərlər Facebook səhifəmizdə